عاشیق اورک وحید شکرزاده + aşiq ürək Vəhid Şükürzadə


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

عاشیق اورک

ساده دئییم ای اوره ییم یار سنی دای سئومه ییری

کونلونده کی او سئوگینین دیرینی بیلمه ییری

دونیا قدر سنی سئون سنله دئییب سنله گولن

آیریلیق دان یانان قلبه نه دن درمان گلمه ییری

زامان دورور نفس گلمیر ، اونو گؤرن زامان آما

گؤزلرینی آچ اوره ییم او هئچ سنی گؤرمه ییری

هر گون هر آن سؤیله ییرسن سنی گولوم چوخ سئویرم

آما اونا سوراندا کی سئویرسن سن ؟ دینمه ییری

سنی قویوب گئدن زامان دئدین اونا گئتمه دایان

بسدی داحا قبول ائله یارین سنه دؤنمه ییری

دئدیم سنه نصیحتی ، آما هاردا قولاق آسان

من تانیان عاشیق اورک آیریلماغا دؤزمه ییری

شاعیر : وحید شکرزاده

Aşiq ürək

Sadə deyim ey ürəyim yar səni day sevməyiri

Könlündəki o sevginin dəyərini bilməyiri

Dunya qədər səni sevən sənlə deyib sənlə gülən

Ayrılıqdan yanan qəlbə nədən dərman gəlməyiri

Zaman durur nəfəs gəlmir onu görən zaman ama

Gözlərini aç ürəyim o heç səni görməyiri

Hər gün hər an söyləyirsən səni gülüm çox sevirəm

Ama ona sorandaki sevirsən sən ? dinməyiri

Səni qoyub gedən zaman dedin ona getmə dayan

Bəsdi daha qəbul elə yarın sənə dönməyiri

Dedim sənə nəsihəti ama harda qulaq asan

Mən tanıyan aşiq ürək ayrılmağa dözməyiri

Şair : Vəhid Şükürzadə

Ana Dili + Bəxtiyar Vahabzadə


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

“ANA DILİ”

Dil açanda ilk defe, ‘ ANA ‘ söyleyirik biz,
‘ Ana dili ‘ adlanır bizim ilk dersliyimiz.
İlk mahnamız laylanı anamız öz südüyle
İçirir ruhumuza bu dilde gile – gile.

Bu dil – bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil – bir – birimizle ehdi peymanımızdır.
Bu dil – tanıtmış bize bu dünyada her şeyi,
Bu dil – ecdadımızın bize miras verdiyi
Qiymetli xezinedir… onu gözlerimiz tek
Qoruyub, nesillere biz de hediyye verek.

Bizim uca dağların sonsuz ezemetinden,
Yatağına sığmayan çayların hiddetinden,
Bu torpaqdan, bu yerden,
Elin bağrından qopan yanıqlı neğmelerden,
Güllerin renglerinden, çiçeklerin iyinden,
Mil düzünün, Muğanın sonsuz genişliyinden,
Ağsaçlı babaların,eqlinden, kamalından
Düşmen üstüne cuman o Qıratın nalından
Qopan sesden yarandın.
Sen xalqımın aldığı ilk nefesden yarandın.

Ana dilim, sendedir xalqın eqli, hikmeti,
Ereb oğlu Mecnunun derdi sende dil açmış.
Üreklere yol tapan Fizulinin seneti,
Ey dilim, qüdretinle dünyalara yol açmış.
Sende menim xalqımın qehremanlıqla dolu
Tarixi varaqlanır,
Sende neçe min illik menim medeniyyetim,
Şan – şöhretim saxlanır.
Menim adım – sanımsan,
Namusum, vicdanımsan!
Bu dil – tanıtmış bize bu dünyada her şeyi,
Bu dil – ecdadımızın bize qoyub getdiyi
En qiymetli mirasdır, onu gözlerimiztek
Qoruyub nesillere biz de hediyye verek!
Ey öz doğma dilinde danışmağı ar bilen,
fasonlu edebazlar,
Qelbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy menim olsun,
Ancaq Veten çöreyi sizlere qenim olsun.

Bextiyar Vahabzade

Ana şeirləri + gözəl Analar üçün şeirlər


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

ANAMGİLDƏDİR

Şirinli-acılı ömür keçmişəm,
Yaxşını-yamanı görüb seçmişəm.
Evli-eşikliyəm, var işim-peşəm…
Uşaqlıq həsrəti anamgildədir.

Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bə’zən üz-üzə
Bir səs eşidirəm: “Oğul gəl bizə…”
Dizimin taqəti anamgildədir.

Neçə anaya da, anam anadır,
“Aləm bir yanadır, o bir yanadır.”
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.

Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti, anamgildədir.

Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın.
İndi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.

Ömrün qar fəslidir, ağarıb saaçım,
Məni ata bilir, qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım?
Ata şan-şövkəti anamgildədir.

Qasım Qasımzadə

*********************

ANA

Təbriz kədərliydi, sən ağlayırdın,
Gecəydi biz səndən ayrılan zaman.
Pərişan görkəmin, o son sözlərin,
Bir an xatirimdən çıxmamış, inan.

Adını dilimə gətirəndə mən,
Sanki alov yaxır dodaqlarımı.
Yaxın gəl, yaxın gəl öpüm üzündən,
Öpüm rəngi qaçmış yanaqlarını.

Elə məlul-məlul baxma üzümə,
Baxışın qəlbimə od saçır, sənin.
Sən yalqız deyilsən, sıxma qəlbini,
Böyük bir xalqın var, böyük vətənin.

O xalqın, o elin qızısan, sən də
Onun qüdrəti də, şöhrəti də var.
Qəhrəman yurdumuz sarsılmamışdır,
Soyub talasa da onu yağılar.

Bilirəm, çox sıxır səni ayrılıq,
Əsarət dünyası başına dardır.
Lakin unutma ki, hər bir gecənin,
Min bir şüa saçan gündüzü vardır!

“Əlimdən nə gəlir?”, demə bir daha
Demə ki, qocayam, saçlarım düm ağ.
Vətən öz qəhrəman oğlu, qızını
Hər zaman, hər zaman gənc saxlayacaq.

Alnının xətləri, bəyaz saçların,
Keçmiş həyatından bir yadigardır.
Hörmət o saçlara, nifrət keçmişə:
Bu günün öz adı, mə’nası vardır!

Qalx ana, qalx ana, səni döyüşə
Çağıran öz qızın, öz vətənindir!
Bax, yanır odlarda Odlar Diyarı,
Bu vətən, bu torpaq, bu el sənindir!

Hökümə Billuri

******************

Ay ana
Ay köksü parça-parça, ay ürəyi yaralı,
Ay süsənli, sünbüllü, bənövşəli, lalalı,
“Ay Qüdrətdən səngərli, ay qüdrətdən qalalı”
Səngərlərin boş qaldı, qalaların virana,
Bizim kimi oğula bir layla de ay ana.

Gəlin qaya qan ağlar, Dəli Dağı dardadı,
Susub ceyran bulağı, Səməd Vurğun hardadı,
Tərtər suyu qan gəlir, yaman ahu zardadı,
Bu fəryad elə qopdu səs yayıldı cahana,
Bizim kimi oğula bir layla de ay ana.

Yerdən alov püskürdü, göydən gürşad ələndi,
Qəzəbindən Murovun zirvəsi silkələndi,
Günahsız cavan öldü… Torpaq qana bələndi,
Niyə bir nəfər kimi biz qalxmadıq üsyana,
Bizim kimi oğula bir layla de ay ana.

Kim deyir ki ölənlər, vədəsi çatdı, öldü,
Qızlarımız özünü qayadan atdı, öldü,
Neçə-neçə gəlinlər sularda batdı, öldü,
Yenə bizim səbrimiz niyə çatmadı sona?
Bizim kimi oğula bir layla de ay ana.

Sənə ana deməyə, haqqımız da yox bizim,
Olsun o haqqı-sayın sinəmizə ox bizim,
İldırımı, şimşəyi başımıza çax bizim,
Biz dayana bilmədik keşiyində mərdana,
Bizim kimi oğula bir layla de ay ana.

Vətən də unudulub, Vətən də atılarmı?
Vətən də yad torpağa, yad elə qatılarmı?
Vətən də alınarmı, Vətən də satılarmı?
Lənət səni satana, lənət səni alana,
Bizim kimi oğula bir layla de ay ana.

Belinə bel bağladıq, belimizi qıranın,
Qarşısında baş əydik başımızdan vuranın,
Başında baş olmadı başımızda duranın,
Nifrət belə tarixə, nifrət belə zamana,
Bizim kimi oğula bir layla de ay ana.

Bəhmən Vətənoğlu

***************************

ANA

Yazılan yazılıb, pozulmaz qəti,

Ay ana, yoxluğğun yollara yağır.

Taleyin şilləsi qılıncdan iti,

Taleyin yumruğu dağlardan ağır.

Hışqırsam dünyanı bürüyər kədər.

Gözümün yaşında əriyər gecə,

Qəbristan yolunda səhərə qədər,

Ağlayıb-ağlayıb, kiriyər gecə.

Sən soyuq bir məzar, mən donmuş bir səs,

Sükutun əlləri qılıncdır, ana!

Bu qoca dünya da tab edə bilməz,

Qəbristan yolunun ağırlığına.

Ay ana, ay ana, qoy deyim bunu,

Bircə yol ömrünün üzü gülməmiş.

Ana, ölümünün uzunluğunu,

Qanlı fələklər də ölçə bilməmiş.

Ölüm qəbristanda durub pərişan,

Əlini qoynuna qoyub deyinər.

Bir ana tabuta qoyulan zaman,

Allahın özü də qara geyinər.

Yox, ana, qovuşa bilmirəm sənə,

Qəbrin sinəmi yurd seçə bilməsə.

Bir ömür göz yaşı bəs etməz mənə,

Payızlar gözümə köçə bilməsə!..

Ənvər Əhməd

**********************


Anam öldümü ? bəxtiyar vahabzadə


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

ANAM ÖLDÜMÜ?

Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.

Günəş qürub etdi… otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm: Səndən nə qaldı,
Könlümdə xatirən qara xal kimi.

Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.

Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarmı
Mən sənə qaytarım cənazəndəmi?

“Yuxun şirin olsun” – deyərdin mənə,
“Yuxun şirin olsun” – deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?

Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.

Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir…
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.

Dərdimin, qəmimin səndin ortağı, .
Niyə üz döndərdin, bəs niyə məndən?
“Dərdin mənə gəlsin!” – deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?..

Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?

Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana,
“Nənəm hanı?” – deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.

Bu gün yeddin oldu…
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.

“Kimləri çağıraq bu gün yeddiyə?”
Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.

Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.

Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə…

Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır…
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxmlaşıram.

B. Vahabzadə

Gülüstan + bəxtıyar vahabzadə


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

“GÜLÜSTAN” poemasından

İpək yaylığıyla o, asta-asta

Silib eynəyini gözünə taxdı.

Əyilib yavaşca masanın üstə

Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,

Dodağı altından gülümsəyərək.

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınctək.

Öz sivri ucuyla bu lələk qələm

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı,

Ancaq dəmbədəm

Kəsdilər səsini Azərbaycanın.

O güldü kağıza qol çəkən zaman,

Qıydı ürəklərin hicran səsinə.

O güldü haqq üçün daim çarpışan

Bir xalqın tarixi faciəsinə.

Əyləşib kənarda topsaqqal ağa,

Hərdən mütərcimə suallar verir.

Çevrilir gah sola, baxır gah sağa,

Başını yellədib təsbeh çevirir.

Qoyulan sərtlərə razıyıq deyə,

Tərəflər qol çəkdi müahidəyə…

Tərəflər kim idi? Hər ikisi yad!

Yadlarmı edəcək bu xalqa imdad?!

Qoy qalxsın ayağa ruhu Tomrisin,

Babəkin qılıncı parlasın yenə.

Onlar bu şərtlərə sözünü desin,

Zənciri kim vurdu şir biləyinə?

Hanı bu əllərin mərd oğulları?

Açın bərələri, açın yolları.

Bəs hanı bu əsrin öz Koroğlusu-

Qılınc Koroğlusu, söz Koroğlusu?

Babaların şəni, şərəfi, əlbət,

Bizə əmanətdir, böyük əmanət…

Yoxmu qanımızda xalqın qeyrəti?

Belə saxlayarlar bəs əmanəti?

Qoy ildırım çaxsın, titrəsin cahan!

Ürəklər qəzəbdən

coşsun, partlasın.

Daim haqq yolunda qılınc qaldıran

İgid babaların goru çatlasın.

Qoy əysin başını vüqarlı dağlar,

Matəmi başlandı böyük bir elin.

Mərsiyə söyləsin axar bulaqlar,

Ağılar çağırsın bu gün qız, gəlin!..

Tərəflər sakitdir, qəzəbli deyil,

Məhv olan qoy olsun, onlara nə var.

İmzalar atılır bir-bir, elə bil,

Sevgi məktubuna qol çəkir onlar.

Atıb imzasını hər kəs varağa,

Əyləşir sakitcə kəçib yərinə.

Eynəkli cənabla, təsbehli ağa,

Qalxıb əl də verir biri-birinə.

Onların birləşən bu əllərilə

Ayrılır ikiyə bir əl, bir Vətən.

Axıdıb gözündən yaş gilə-gilə,

Bu dəhşətli hala nə deyir Vətən?

Bir deyən olmadı, durun ağalar!

Axı, bu ölkənin öz sahibi var.

Siz nə yazırsınız bayaqdan bəri,-

Bəs hanı bu yurdun öz sahibləri?

Bəs hanı həqiqət, bəs hanı qanun?

Qocadır bu yurdun tarixi, yaşı.

Bəs hanı köksünə sərhəd qoyduğun,

Bir vahid ölkənin iki qardaşı?

Görək bu hicrana, bu müsibətə,

Onların sözü nə, qərəzi nədir?

Bu xalq əzəl gündən düşüb zillətə,

Öz doğma yurdunda yoxsa kölədir?

Necə ayırdınız dırnağı ətdən-

Ürəyi bədəndən, canı cəsəddən?

Axı, kim bu haqqı vermişdir sizə,

Sizi kim çağırmış Vətənimizə?

Neçə vaxt səngərdə hey ulaşdılar,

Gülüstan kəndində sövdalaşdılar.

Bir ölkə ikiyə

Ayrılsın deyə!..

Göy də guruldamış dəyirlər o gün,

Çölləri, düzləri buludlar sarmış.

O göy gurultusu ulu Babəkin

Ruhuymuş,

hönkürüb fəryad qoparmış.

Gülüstan kəndinin gül-çiçəkləri

Bir günün içində soldu-saraldı.

“Gülüstan” bağlandı, o gündən bəri,

Bu kəndin alnında bir ləkə qaldı.

Bağrı köz-köz oldu “Yanıq Kərəmin”

Tellər inildədi, yandı, nə yandı.

Aşığın sazında daha bir həzin,

Daha bir yanıqlı pərdə yarandı.

Həmin gün ölkəni apardı sel, su,

Tutuldu çöhrəsi günün, ayın da.

Qoca Nəbatinin eşqi, arzusu,

O gün batmadımı Arpa çayında?

Ağlayıb dağlardan əsən küləklər,

Bu məşum xəbəri aləmə yaydı.

Sanki dilə gəldi güllər, çiçəklər:

“Bu isə qol qoyan qollar sınaydı”.

Arazın suları qəzəbli, daşqın,

Sirin nəğmələri ahdır, haraydır.

Vətən quşa bənzər, qanadlarının

Biri bu taydırsa, biri o taydır.

Quş iki qanadla uçar, yüksələr,

Mən necə yüksəlim tək qanadımla?

Ürəklər bu dərddən tüğyana gələr,

Axar gözümüzdən yaş damla-damla.

Cənablar, bir anlıq düşündünüzmü?

Verdiyiniz hökmün ağırlığını?

Bu hökmün dəhşəti əllimi, yüzmü?

Biz necə götürək bu göz dağını?..

Başı kəsiləndə bu məğrur əlin

Qəlbin ağrısını hiss etdinizmi –

Qoca Füzulinin, igid Babəkin

Etiraz səsini eşitdinizmi?

Cənablar, bir damcı mürəkkəblə siz

Düşünün, nələrə qol çəkmişsiniz?

Bir damcı mürəkkəb, bir vətəndaşı

Qanına bulayıb ikiyə böldü.

Bir damcı mürəkkəb olub göz yaşı

İllərlə gözlərdən axdı, töküldü.

Min ləkə vurdular şərəfimizə

Verdik, sahibimiz yenə “ver” – dedi.

Lap yaxsı eləyib doğrudan, bizə

Biri “baran” – dedi, biri “xər” – dedi.

Bizi həm yedilər, həm də mindilər,

Amma dalımızca gileyləndilər.

Hökmü gör nə qədər böyükmüş anın

Möhür də basdılar varağa təkrar.

Yox, varağın deyil, Azərbaycanın

Köksünə dağ boyda dağ basdı onlar.

İmzalı, möhürlü ey cansız varaq,

Nə qədər böyükmüs qüvvətin, gücün.

Əsrlər boyunca vuruşduq, ancaq

Sarsıda bilmədik hökmünü bir gün.

Ey kağız parçası, əvvəl heç ikən,

Yazılıb, qollanıb yoxdan var oldun.

Böyük bir millətin başını kəsən,

Qolunu bağlayan hökmdar oldun.

Bir əli ikiyə paraladın sən

Özün kağız ikən paralanmadın.

Köksünə yazılan qəlb atəşindən,

Niyə alıçmadın, niyə yanmadın?

Araz sərhəd oldu, əsdi küləklər,

Sular yatağında qalxdı, köpürdü.

Üstü dama-dama taxta dirəklər,

Çayın kənarında səf çəkib durdu.

Sular, sizdən təmiz nə var dünyada?

Ləkədən xalidir axı qəlbiniz.

Bağrınız alışıb niyə yanmadı

Bu çirkin əmələ qol qoyanda siz?

Ey Araz, səpirsən göz yaşı sən də,

Keçdikcə üstündən çölün, çəmənin.

Səni arzulara sədd eyləyəndə,

Niyə qurumadı suların sənin?

Dayanıb Arazın bu tayında mən

“Can qardaş” deyirəm, o da “can” deyir.

Ey zaman, sorğuma cavab ver, nədən

Səsim yetən yərə, əlim yetməyir?..

Qarışıb gözümdə, qarışıb aləm

Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.

Arazın üstündən keçə bilmirəm,

Araz dərdim olub sinəmdən keçir.

Taxta dirəkləri torpağa deyil,

Qoydular Füzuli divanı üstə.

Yarıya bölündü yüz, yüz əlli il

Gəraylı, bayatı, muğam, şikəstə.

Dəmir çəpərləri eşqim, diləyim,

Tarixim, ənənəm üstə qoydular.

Yarıya bölündü canım, ürəyim,

Yarıya bölündü Arazda sular.

Taxta dirəkləri qoydular ax, ax!

Qəlbimin, ruhumun, dilimin üstə.

Biz güldük, ağladıq, yənə də ancaq

Bir sazın, bir telin, bir simin üstə.

Ürəkdən ürəyə körpü? Bir dayan!

Dərdimiz dinirsə, bir sazın üstə

Şəhriyar yaralı misralarından

Körpü salmadımı Arazın üstə?!

Bu taydan o taya axışdı seltək

Gözə görünməyən könül telləri.

Bu selin önünü nə çay, nə dirək

Kəsə bilməmişdir yüz ildən bəri.

Ağalar bilmədi birdir bu torpaq

Təbriz də, Bakı da Azərbaycandır.

Bir əlin ruhunu, dilini ancaq

Kağızlar üstündə bölmək asandır.

Böl, kağız üstündə, böl, gecə-gündüz,

Torpağın üstünə dirəklər də düz,

Gücünü, əzmini tök də meydana,

Qoşundan, silahdan sədd çək hər yana.

Torpağı ikiyə bölərsən, ancaq,

Çətindir bədəni candan ayırmaq!

Ayırmaq kimsəyə gəlməsin asan

Bir xalqın bir olan dərdi-sərini.

O taydan bu taya Mustafa Payan

Oxuyur Vahidin qəzəllərini.

Dolandı zəmanə, döndü qərinə,

Şairlər od tökdü yənə dilindən.

Vurğunun o həsrət nəğmələrinə

Şəhriyar səs verdi Təbriz elindən:

“Həydər baba, göylər qara dumandı,

Günlərimiz bir-birindən yamandı.

Bir-birindən ayrılmayın, amandır,

Yaxşılığı əlimizdən aldılar,

Yaxşı bizi yaman günə saldılar.

Bir uçaydım bu çırpınan yelinən,

Qovuşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən.

Bir görəydim ayrılığı kim saldı,

Ölkəmizdə kim qırıldı, kim qaldı”.

Bəxtiyar VAHABZADƏ

Dəli bir ağlamaq keçir könlümdən + Nüsrət KƏSƏMƏNLİ


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

Dəli bir ağlamaq keçir könlümdən…

Yüyürüb-yüyürüb dərə boyunca,

Düşüm çəmən üstə qoy, üzü quylu

Öpüm bu torpağı, öpüm doyunca,

Üzümə üz qoysun hər soyuq daşı.

Qoy, şehə qarışsın gözümün yaşı,

Qurumuş bulaqlar içir könlümdən

Dəli bir ağlamaq keçir könlümdən…

Könlünə dəydiyim, incitdiyim qız,

Vüqar kölgəsində yatdığım bəsdir

Odlu yanağından su içdiyim qız,

Bu qədər günaha batdığım bəsdir

Daha dodaqların titrəməsin qoy,

Mən sənin qarşında titrəyim, əsim

Səndən dünyaları istəmirəm yox,

Məni bağışlasan bəsimdir, bəsim!

Can desən, alışıb yana bilərəm,

Dön desən, yerimdə dona bilərəm

İndi bilmişəm ki ömür-gün gedir,

Ən gözəl hislərim köçür könlümdən

Qayıt!

Sən ömrümə təzəlik gətir

Dəli bir ağlamaq keçir könlümdən…

Çoxdandı qəbristana düşməyir yolum,

O tənha məzarı ot basıb bəlkə…

Mənim soyuqluğum, laqeydliyim,

Onun sinəsinə od basıb bəlkə…

Bir daş var gözümün yaşına həsrət,

Dayanıb o giley heykəli kimi

Əlim torpağına, daşına həsrət

Yıxılıb üstünə mən dəli kimi,

Ağlayam gərək!

O tənha məzarı torpaqdan üzüb,

Ovcumun içində saxlayam gərək!

Şöhrətin üstünə yüyürdükcə mən,

İstəklər, arzular köçür könlümdən

Sevgi dünyasına büründükcə mən,

Dəli bir ağlamaq keçir könlümdən…

Küləklər oynayır kənd evimizdə,

Taleh baş götürüb apardı məni

Hörümçək tor qurub pəncərəmizdə,

Həsrətim çırpınır o torda mənim

Yarasa boylanır uçur tavandan,

Bükülmüş dirəklər çat-çat olubdur

Qorxudan dıvarın bağrı yarılıb,

Qapılar çoxalıb dördqat olubdur.

Gedim, divarına yalvarım onun,

Gedim, qapıların qatı açılsın

Gedim, mən sonuncu dirəyi olum,

Tavanlar çinimə barı uçulsun

Daşı daş üstünə qoyum təzədən,

Dəlisov küləklər əsir könlümdən,

Elə kövrəlmişəm!

Bilmirəm nədən,

Dəli bir ağlamaq keçir könlümdən…

Nüsrət KƏSƏMƏNLİ

“MƏHƏBBƏTDƏN KÜSƏNDƏ”

Yazırıq sevgidən, yazırıq ancaq,
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz...

Odlara qalanmaq ötəri hissdir,
Kəlmələr biçimli, sözlər biçimli.
Çoxları diplomsuz mütəxəsisdir,
Eh, ürək aldatmaq bir su içimi…

Sevimmi?! Tərəddüd qət edə bilmir,
Bəzən itiririk inam, ümüdi.
Ürək var, duyğular fəth edə bilmir ,
Ürək var, həndəsi fiqur kimidir…

Bir qəlbə girəndə boyalı sözlər,
Görən öz sözünü ürək dedimi?!
Axtarır, axtarır, axtarır gözlər;
İşləyən bir saat kəfkiri kimi…

Təbəssümlər saxta, söz qiymətlidir,
Yalanı yalanla alqışlayırlar.
Çoxları könüldən səxavətlidir,
Hər qıza bir könül bağışlayırlar…

Elə məhəbbətdən yazırıq ancaq,
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz…

Nüsrət KƏSƏMƏNLİ

Əllərin əlimə dəyməyəydi kaş,
Saçların üzümə toxunmayaydı.
Gərək, əvvəlki tək sən, ürəyi daş,
Elə əvvəlki tək saymaz olaydın...

Bu istilik hardan, sanki, buz idin,
Qəlbimdən sən niyə ovcuma düşdün…
Sən, mənə əlçatmaz bir ulduz idin,
Göylərdən qolumun üstünə düşdün.

Bu da vüsal günü… Yox sevinmirəm,
İndi darıxıram, bəs nələr üçün?
Mənmi bu zirvəyə çıxdım, bilmirəm,
Yoxsa sən darıxdın dərələr üçün…

Dünənə yol yoxdur zaman apardı,
Təəssüf zamana çatarmı görən?
Daha sənə gələn yollar qurtardı,
Arzudan o yana yol varmı deyə.

Ötən günlərimə bir ümman dedim,
Boşalıb ürəyim, dolmur ki, dolmur.
Sahilə çatmışam, haraya gedim?
Dənizə məqsədsiz qayıtmaq olmur…

Nüsrət KƏSƏMƏNLİ.

unudulan tarix + afıq ağdamı


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

Unudulan tarix

Mürgüleyen şam işığı,

Yarımqaranlıq bir otaq.

Ürekde dost, üzde yağı,

İki qatil oturaraq

Bölürdüler bir torpağı…

‘Serhedd olsun gerek Araz! ‘

Deyerek rus,

Hele qürrelendi bir az

O binamus…

Eyilerek farsa sarı,

Sarı nadan,

El uzatdı Qarsa sarı

Utanmadan.

‘Qars, Erzurum, Erdahan da,

Bizim olacaq sonunda.

Divan tutacağıq türke…’

Fars baxaraq ürke-ürke,

Sevinc ile ‘xub’ deyirdi,

O, sarıya baş eyirdi…

Boylanırdı pencereden,

Tebriz qelbi intizarda

Gördüyü bu menzereden,

Utanırdı divarlar da…

Zülm etdiler bir millete,

Keçmişini heç saydılar.

Uzun süren edavete,

Arazla nöqte qoydular.

Sonunda el sıxışdılar,

Her ikisi gülürdüler.

Fereh ile baxışdılar-

‘ Onlar türkü bölürdüler,’

14.02.2002

Afiq Agdami

Təbriz + afıq ağdamı


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

“Təbriz”

Dərk edə bilmirəm fələyin işin,

Su kəsmiş yolunu sönməz atəşin.

Ikiyə bölünmüş bir ürək düşün-

Gözləri yollarda qalmışam, Təbriz,

Yenə bulud kimi dolmuşam, Təbriz!

Öldürən həsrətə çox boyun əydim,

Közərən ümidlə qapını döydüm,

Bəlkə də bilmədən xətrinə dəydim-

Bəlkə övladını unutdun, Təbriz?!

Göynəyən yaramı qanatdın, Təbriz!

İstədim vüsaldan mən də pay alım,

Namərd qəsdə durdu, bağlandı yolum.

Səndə dustaq qaldı fikrim, xəyalım-

Yenə dincliyimi ovladın, Təbriz!

Bax, sənsiz nə çəkir övladın, Təbriz? !

Oyan, qəlbindəki qorxuları at,

Oğlun Cavidanı, Babəki oyat.

Bəxtindən küsəni sevməyir həyat-

Düşmən tapdağıdır yurdumuz, Təbriz!

Artır gündən-günə dərdimiz, Təbriz!

Səndə Xətayinin ölməz ruhu var,

Səndə Səttarxanın bitməz ahı var,

Səndə Şəhriyartək söz allahı var-

Bu dərdə dözməsin Savalan, Təbriz!

Nədir bu susqunluq, havalan, Təbriz!

Adın tarixlərdən silinməz izdir,

Sevgin ürəyimdə coşğun dənizdir.

Sənin kədərin də mənə əzizdir-

Dərdini şərbəttək içərəm, Təbriz!

Yolunda canımdan keçərəm, Təbriz!

23.09.2002

Afiq Ağdami

yadlaşmış yaddaşın fəryadı + afıq ağdamı


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

“YADLAŞMIŞ YADDAŞIN FERYADI”

Zercirli bileklerini sıxdı,

Özüne ezab vermek,

Çaresizliyini bir daha görmek istedi.

Torpağa damlayan qanına baxdı…

Gözleri dolmuşdu,

İsteyine nail olmuşdu…

Ne xoşbexlik axtarırdı,

Ne de şadlıq.

“Azadlıq, azadlıq…”

Güldü, güldü,

“He, bu menem!

Düşmenime dost,

Özüme düşmenem!”

Günahkar menmiyem?!

Amma mene bele öyredibler,

Gözyaşımı sevincle seyr edibler.

Hayqırmışam-boğublar sesimi,

Yorublar yaşama hevesimi…

“Alın yazındır” deyibler,

Dözümlülüyümü öyübler.

“Kimem” deye soruşmuşam,

“Soruşma!” deyibler,

“Heddini aşma!” deyibler,

Qismetimle barışmışam…

“Gülüstan”da gözlerimi oyublar,

“Türkmençay”da üreyimi paralayıblar…

Övladıma “xain” demeli olmuşam,

Celladıma boyun eymeli olmuşam…

Servetimi talayıblar,

Parçalayıblar…

Sahibsiz bilinmişem,

Quzeye, Güneye bölünmüşem.

Tarixlerden silibler izimi,

Gözü yaşlı qoyublar Tebrizimi.

Marağam susqun,

Erdebilim küsgün…

Dünya varlığımı danmış,

Ana dilim yasaqlanmış…”

Heç göz yummaq vaxtıdırmı?

Mədət ummaq vaxtıdırmı?

Üreyinden at qorxunu,

Sındır feleyin çarxını.

Din perdesi  qapamasın gözlerini,

Ürekli ol, merdlikle de sözlerini,

De ki, daha azad olmaq isteyirem,

Vetenimde azad qalmaq isteyirem!

Bir anlığa azad eyle merhemeti üreyinden,

Bele etsen lap feleyin özü bele qorxar senden…

Ürekili ol, ürekli ol!

Yaşamağa gerekli ol!

Afiq Ağdami

afıq ağdamı + Bu qələm


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

BU QƏLƏM

Nə əmr dinləyər,nə də ki,rica,

Zülm etməz fəqirə,xor baxmaz aca.

Bütün dərdlərini tək heca-heca,

Bir parça kağıza yazar bu qələm.

Yorulmaq bilmədən ədalət arar,

Gündüzləri yenər,gecələr yorar.

Gah bir təbib olub yaralar sarar,

Gah da qılınc olub kəsər bu qələm.

Hər kəsə bərabər göz ilə baxar.

Onun öz sevinci,öz kədəri var…

Bəzən əsəbindən şimşəktək çaxar,

Bəzən yarpaq kimi əsər bu qələm.

Hər zaman doğrunu gətirər dilə,

Nadanlar oyadar misralar ilə…

Səsinə səs verən olmasa belə,

Nə usanar,nə də bezər bu qələm.

Rüzgarda sovrulan közü yazarkən,

Ürəkdən süzülən sözü yazarkən,

Gedənə yaş tökən gözü yazarkən,

Bitməyən səbirlə dözər bu qələm.

Ağdami,sirrini gizləmə ondan,

Ürəklə sirdaşdır söz yaranandan.

Sənin yalanını bildiyi andan,

Gözünü qırpmadan küsər bu qələm.

Afiq Ağdami

“Damğalı ömür”

Ehvalı yaxşıydı.Şerefe sağlıq deyirdi.Amma bir zaman can veren ses indi öldürürdü…Dişi bağırsağını kesirdi.Döze bilmirdi.Şikeste kelmeyi-şehadet kimi keyidirdi.Qerara geldi. Qalxdı.Kibrite el atdı.Utandıran xatireleri boğmaq istedi tüstüyle.Üreyinde üsyan oyanmışdı. Bacarmadı. Uzaqlaşmaq istedi.Getdi, getdi…Qaranlıq gecede gizlenmek üçün axtardı.Qebristanlıq tapdı.Bir qebre yaxınlaşdı.Qucaqladı.”Ana, yanına gelirem” dedi.Ruhu bedenden qaçmaq istedi.

Bu anası deyildi.Üreyi soyudu.Elleri üzüldü.Qebrden qaçdı.Yıxıldı.Qanı axdı.Baxdı.Qanı qaranlıq renginde.Duruxdu.Teeccüblendi.”Günahkaram” düşündü.Göylere el açdı.Günahları üçün yağış istedi.Yağmağa başladı.Yağışı qucaqladı.İçdi.Qan dadırdı.Ovcuna baxdı.Qan içmişdi.Gözleri qaraldı.Yorulmuşdu.Düşündü.”Bu günüm dünenime eyilir, demek sabahım…”.Taqetsizdi.Yaşamaq üçün ölmek isteyirdi.Özünden asılı deyildi…Şikesteni xatırladı.Ömrünün 15 iline ağlayan şikesteni.

“Dözümlü”lüyü yadına düşdü.Eyildi.Bu damğanı şeref bilmişdi şikesteyedek.15 ilin günahkarını tapmışdı.Qisas almalıydı.Qebristanlıqdan uzaqlaşdı.Qebir qazdı.Qebre atıldı.”Diri-diri”?!.15 il öyrenmişdi buna.Günahlarını soyundu.Uzandı.Diksindi.Ağlayan vardı.”Meni kim görür ki?”

“Torpaq!”Ayağa qalxdı.Günahlarını geydi.Qebrden çıxdı.”Bu damğayla torpağa da lazım deyilem”…Şikeste sesi gelirdi yene.Uzaqlardan bu defe.Üreyi sese qaçmaq isteyirdi.Damğasını silmek üçün…