یاز قلم نازلی آنام دان وحید شکرزاده + yaz qələm nazlı Anamdan Vəhid Şükürzadə


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

 

آی آنا جان

 

Yaz qələm nazlı anamdan

Yaz qələm nazlı anamdan ki qolum yazmağa qaxmır

O gözəl mehribanımdan ki əlim day ona çatmır

Yazgınan taysız anamdan o qara telli maraldan

Ta ki bu təb’im oyansın ki onun layıqı yazmır

Yazgınan göyçək anamdan o şirin laylayısından

Bəlkə bilsin ki bü gözlər başqa bir laylaya yatmır

O ki getdi eləbil gülzarımın bağbanı getdi

Soldu qəlbimdə ki güllər ona bir gül daha açmır

gəlir o hey Yuxuma söyləyiri ağlama bəsdi

Olmurı ey Ana canım bu könül day sözə baxmır

Deyirlər ahu baxışlı o anan göylərə uçdu

Sən ki mənsiz getməziydin bu mənim beynimə batmır

Şair : Vəhid şükürzadə

یاز قلم نازلی آنام دان

یاز قلم نازلی آنام دان ، کی قُولوم یازماغا قاخمیر

او گؤزل مهریبانیم دان ، کی الیم دای اونا چاتمیر

یازگینان تایسیز آنام دان ، او قارا تئللی مارال دان

تا کی بو طبعیم اویانسین ، کی اونون لاییقی یازمیر

یازگینان گؤیچک آنام دان ، او شیرین لای لاییسین دان

بلکه بیلسین کی بو گؤزلر ، باشقا بیر لای لایا یاتمیر

او کی گئتدی ائله بیل گولزاریمین باغبانی گئتدی

سولدو قلبیمده کی گوللر ، اونا بیر گول داحا آچمیر

گلیر او هی یوخوما سویله ییری آغلاما بسدی

اُولموری ای آنا جانیم بو کؤنول دای سؤزه باخمیر

دئیللر آهو باخیشلی او آنان گؤیلره اوچدو

سن کی من سیز گئتمزییدین ، بو منیم بینیمه باتمیر

شاعیر : وحید شکرزاده

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: