گل طبیبیم وحید شکرزاده + Gəl təbibim Vəhid Şükürzadə


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

 

seni seviram sevgilim

 

Gəl təbibim

Gəl təbibim özgələr dərdimə dərman eyləməz

Qəlbimi biganələr heç vaxt pərişan eyləməz

Olmuşam mən tək sənə heyran bu aləmdə gözəl

Könlümü başqa baxışlar bil ki heyran eyləməz

Qurban oldum mən sənin hüsni cəmalına maral

Bu ürək ayrılara canımı qurban eyləməz

Bu dağılmış dunyamı çondərdin ey can cənnətə

Düzəxi səndən sonra heç kimsə rızvan eyləməz

Gər səni mən bilməmiş incitmişəm sən əfv elə

Bil ki aşiq öz sevən dildarı gıryan eyləməz

Sən gözəllər yürdü Azərbaycanın bir naz qızı

Səndən ayrısı məni bil duzlu oğlan eyləməz

Şair : Vəhid Şükürzadə

کونول

گل طبیبیم

گل طبیبیم ئوزگه لر دردیمه درمان ائیله مز

قلبیمی بیگانه لر هئچ واخت پریشان ائیله مز

اولموشام من تک سنه حیران بو عالمده گوزل

کونلومی باشقا باخیشلار بول کی حیران ائیله مز

قوربان اولدوم من سنین حوسنی جمالینه مارال

بو اورک آیری لارا جانیمی قوربان ائیله مز

بو داغیلمیش دونیامی چوندردین ای جان جنته

دوزخی سندن سورا هئچ کیمسه ریضوان ائیله مز

گر سنی من بیلمه میش اینجیتمیشم سن عفو ائله

بیل کی عاشیق اؤز سئون دیلداری گریان ائیله مز

سن گوزللر یوردی آذربایجانین بیر ناز قیزی

سن دن آیریسی منی بیل دوزلو اوغلان ائیله مز

شاعیر : وحید شکرزاده

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: