قیسمت وحید شکرزاده + qismət vəhid şükürzadə


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

 

گوزل

 

 

Qismət

Baxıram gül yüzünə hər zaman həsrətlə gözəl

Sınıram mən sənə xatır belə heybətlə gözəl

Dedilər istəmir o heç səni ondan uzaq ol

Yanıram sevgi odunda düzü rəğbətlə gözəl

Meylin olsa səni mən yar elərəm hətta əgər

Lazım olsa savaşam min dənə millətlə gözəl

Bilirəm vardı sənin naz o ədan dunya qədər

Eybi yox mən çəkərəm nazını ləzzətlə gözəl

Sevəsən sevməyəsən mən səni çoxlu sevirəm

Ola bilməz qaçasan sən bu həqiqətlə gözəl

Annına böylə yazılmış ki mənə yar olasan

uzaq olmaz gəzəsən yazılı qismətlə gözəl

Şair : Vəhid şukrzadə

قیسمت

باخیرام گول اوزونه هر زامان حسرت له گوزل

سینیرام من سنه خاطیر بئله هیبت له گوزل

دئدیلر ایسته میر او هئچ سنی اوننان اوزاق اول

یانیرام سئوگی اوتوودا دوزی رغبت له گوزل

میلیین اولسا سنی من یار الرم حتی اگر

لازیم اولسا ساواشام مین دنه میللت له گوزل

بیلیرم واردی سنین ناز و ادان دونیا قدر

عیبی یوخ من چکرم نازیوی لذت له گوزل

سئوه سن سئومیه سن من سنی چوخلی سئویرم

اولا بولمز قاچاسان سن بو حقیقت له گوزل

آننیوا بویله یازیلمیش کی منه یار اولاسان

اوزاق اولماز گزه سن یازیلی قیسمت له گوزل

شاعیر : وحید شکرزاده

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: