afiq ağdami + sən deyən olsun


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

Sən deyən olsun!

Mənim üçün döyünən o ürəyi,

Dondurub gedirsən, sən deyən olsun!

Gözyaşımla böyütdüyüm çiçəyi,

Sındırıb gedirsən, sən deyən olsun!

Çaşqın-çaşqın gözlərini döyürsən,

Vəfasızca ayrılmaq istəyirsən.

Ümid verib “dönəcəyəm deyirsən,

Qandırıb gedirsən, sən deyən olsun!

Söylə, de ki,“sevgimizə şərik var,

Ürəkli ol, yalana nə gərək var?!

Eşqin ilə döyünən bir ürək var,

Yandırıb gedirsən, sən deyən olsun!

Saxta xəyallarda gizləmə məni,

Məndən əlini üz, izləmə məni…

Daha zirvələrdə gözləmə məni,

Endirib gedirsən, sən deyən olsun!

Bəlkə ürək dayanmaz bu həsrətə,

Bəlkə də ömrünü sənə həsr edə…

Eşq quşunu məhəbbətdən nifrətə,

Qondurub gedirsən, sən deyən olsun!

Afiq Ağdami.

11.7.2006

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: