Nızamı Gəncəvi – زندگی نامه نظامی گنجوی


Nizami Gəncəvi

Nizami Gəncəvi- (təxəllüsü, əsil adı – İlyas Yusif oğlu) (1141-1209-cu il) – Azərbaycanın görkəmli şairi və mütəfəkkiri olmuşdur. Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütailəə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur.
Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169-1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur. Nizami Gəncəvi yaradığılıca lirik şe`rlərlə başlamışdır. Əsərlərindən mə`lum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Nizami lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş poemadan ibarət (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) “Xəmsə” (Beşlik) müəllifi kimi daxil olmuşdur.

Nizami Gəncəvinin ilkin Şərq Renessansın zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mə`nəvi-əxlaqi ideyaları parlaq bədii əksini tapmışdır.
İnsanın daxili aləmini, hiss və duyğularının təsviri, baş qəhrəmanların xarakterlərinin dinamik inkişafda verilməsi Nizami ədəbi məktəbinin əsas qayəsini və məzmununu təşkil edir. Məhəbbət mövzusunun Şərq ədəbiyyatında geniş yayılaraq, ictimai-bəşəri ideallarla, humanist məzmunla zənginləşməsində Nizami Gəncəvi poemalarının mühüm rolu olmuşdur. Nizami Şərq ədəbiyyatında ilk dəfə məhəbbəti fəlsəfi mə`nada şərh edərək, nəcib məhəbbət konsepsiyasını yaratmış, onu insan azadlığı, vicdan azadlığı və mə`nəvi təkamül problemləri ilə bağlamışdır.
Nizami Gəncəvi Yaxın Şərq xalqlarının ədəbiyyatına son dərəcə yüksək humanist ideyalar və yeni sənətkarlıq nailiyyətləri gətirmiş, Şərq ədəbiyyatlarında yeni bir istiqamət açmışdır. Nizami ədəbiyyatı həmişə həyatla əlaqələndirməyə çalışmış, öz mövzularını tarixdən almasına baxmayaraq, onlara müasirlik baxımından yanaşmış, böyük humanist şair olaraq insanı, insan ləyaqətini tərənnüm etmişdir. O, xalqın istək və arzularını, xalq yaradıcılığından və təfəkküründən əxz etdiyi müdrik fikirlərini yüksək sənət dili ilə ifadə etmiş, həm ideya, həm də sənətkarlıq cəhətdən kamil bədii əsərlər yaratmışdır.
Şərq ədəbiyyatı tarixində Nizami Gəncəvi ilk dəfə olaraq qadını yüksək insani sifətlərə malik ülvi varlıq kimi təsvir etmişdir. Nizami cəsarəti, mərdliyi və gözəl əxlaqı ilə seçilən mübariz qadın obrazlarını insani keyfiyyətlərdən məhrum kişilərə qarşı qoyur, qadının həyatın müxtəlif sahələrdə kişilərlə bərabər çalışmağa qadir olduğunu sübut edir. Nizami Gəncəvi Şərq ədəbiyyatında ilk dəfə olaraq əməyi insanın bütün başqa canlılardan fərqləndirən həyati tələbat kimi tərənnüm etmişdir. Şairə görə yalnız əməkçi insan hörmət və məhəbbətə layiqdir.

Nizami Gəncəvi həm də böyük vətənpərvər idi. O bütün əsərlərdə təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. Nizaminin əsərlərində vətən təbiətinin gözəllikləri tərənnüm olunur. Onun yaradıcılığında azərbaycan şifahi xalq ədəbiyyatından – dastan, əfsanə, nağıl və atalar sözlərindən bol-bol və məharətlə bəhrələnmişdir. Nizami Gəncəvinin süjetləri isə, öz növbəsində Azərbaycan folkloruna əhəmiyyətli tə`sir göstərmişdir.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstambul, Dehli, London, Paris və s. şəhərlərin məşhur kitabxana, muzey və əlyazmalar fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Yaradıcılığı Şərq incəsənətinin inkişafında mühüm rol oynamışdır.
XVII əsrin sonundan Avropa və Rusiyada Nizami Gəncəvi irsinə maraq artmış, əsərləri ingilis, alman, fransız, italyan, ispan, rus, yapon və s. dünya dillərinə tərcümə olunmuş, həyat və yaradıcılığı öyrənilmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: